Husilər Britaniyanın neft tankerini raketlə vurub

Husilər Britaniyanın neft tankerini raketlə vurub

İranın dəstəklədiyi husilər Qırmızı dənizdə Britaniyaya məxsus neft tankerini hədəf aldıqlarını açıqlayıblar.
SİA-nın əldə etdiyi məlumata görə, husilərin hərbi məsələlər üzrə sözçüsü Yəhya Seri verdiyi açıqlamada Qırmızı dənizdə Britaniyaya məxsus POLLUX neft tankerini dəniz raketləri ilə vurduqlarını bildirib.
Hücumun Fələstin xalqına dəstək məqsədilə həyata keçirildiyini deyən Seri, Fələstin xalqına qarşı hücumlar dayandırılana və mühasirə aradan qaldırılana qədər İsrail gəmilərinə və işğal altındakı Fələstin limanlarına gedən gəmilərə qarşı hücumların davam edəcəyini qeyd edib.
Böyük Britaniya hücumla bağlı açıqlama verməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə