Almaniya kansleri Olaf Şolz Münhen Təhlükəsizlik Konfransında çıxışı zamanı Avropa İttifaqı ölkələrini Ukrayna ilə təhlükəsizlik sahəsində əməkdaşlıq sazişləri bağlamağa çağırıb.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Politico” yazır.
Hökumət başçısı qeyd edib ki, avropalılar indi və gələcəkdə makroregionun təhlükəsizliyi üçün daha çox iş görməlidirlər. Şolz, Berlinin Kiyevə əhəmiyyətli yardım etdiyini də dilə gətirib. O, Almaniyanın 2024-cü ildə Ukraynaya əlavə 7 milyard avro hərbi yardım göndərəcəyini də bildirib.
…Mən çox arzulayıram ki, oxşar qərarlar digər Avropa paytaxtlarında da qəbul edilsin.
Bunu deyən Şolz etiraf edib ki, Avropa İttifaqı ölkələri iqtisadi böhran zamanı müdafiə xərclərinin artması ilə bağlı müəyyən siyasi çətinliklər yaşayır.
Yeri gəlmişkən xatırladaq ki, Kiyevlə təhlükəsizlik təminatlarına dair sazişləri Böyük Britaniya, Fransa və Almaniya imzalayıb.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB