Türkiyənin 14 vilayətində narkotik istehsalçılarına, küçə satıcılarına qarşı həyata keçirilən "Narkoçelik-1" əməliyyatlarında 142 şübhəli yaxalanıb. SİA xəbər verir ki, jandarm bölgəsindəki 14 ildə narkotik istehsalçılarına, onları satanlara və küçə satıcılarına qarşı həyata keçirilən "Narkoçelik-1" əməliyyatlarında 142 şübhəli tutulub.
Daxili İşlər Naziri Əli Yerlikaya sosial media hesabından verdiyi açıqlamada narkotik istehsalçılarına, onları satanlara və küçə satıcılarına qarşı jandarm bölgəsində "Narkoçelik-1" əməliyyatı aparıldığını bildirib. Əməliyyatlar çərçivəsində 1 ton 68 kiloqram narkotik və 51 min 100 narkotik həb ələ keçirildiyini bildirən Yerlikaya, 142 zəhər satıcısı və küçə satıcısının həbs edildiyi barədə məlumat verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB