İran yeni HHM sistemlərini nümayiş etdirib

İran yeni HHM sistemlərini nümayiş etdirib

İran “Arman” anti-ballistik raket kompleksini və “Azərxeş” alçaq hündürlükdə hava hücumundan müdafiə sistemlərini təqdim edib. SİA xəbər verir ki, İran müdafiə naziri Məhəmməd Rza Aştiyaninin qatıldığı mərasimdə yerli istehsal olan iki yeni hava hücumundan müdafiə sistemi nümayiş etdirilib.

Məlumat verilib ki, “Arman” anti-ballistik raket sistemi eyni vaxtda 120-180 kilometr məsafədə və 27 kilometr hündürlükdə 12 hədəfi aşkar edib məhv edə bilir.

Müdafiə naziri Aştiyani mərasimdəki çıxışında 3 dəqiqədən az müddətdə hücuma hazır ola bilən “Arman” anti-ballistik raket sisteminin ölkə ərazisinin müdafiəsi üçün etibarlı müdafiəni təmin etdiyini bildirib

Qeyd edək ki, İran 2023-cü ilin avqustunda Rusiyada keçirilən ARMY-2023 Beynəlxalq Hərbi Texniki Forumunda ilk dəfə Arman hava hücumundan müdafiə sisteminin modelini nümayiş etdirmişdi.

Müəllif: Rəşid Qarayev

Bütün xəbərlər Facebook səhifəmizdə