Bayden kimyəvi maddə zəhərlənməsindən əziyyət çəkən şəhərə baş çəkib

Bayden kimyəvi maddə zəhərlənməsindən əziyyət çəkən şəhərə baş çəkib

ABŞ prezidenti Co Bayden qatar qəzasının ildönümündə Ohayo ştatına səfər edib. SİA xəbər verir ki, şəhəri canlandırmaq üçün çalışdıqlarını qeyd edən Bayden, bir çox sosial və iqtisadi proqramlarla bölgəni yenidən inkişaf etdirəcəklərini bildirib.

Baydenin səfəri yerli xalqın etirazına səbəb olub. "Artıq gecdir" şüarları səsləndirib. Şəhərdəki bir mağazada dayanan Bayden ekoloji fəlakətdən zərər çəkmiş ərazidə suyun təmiz olduğunu sübut etmək üçün bir stəkan yerli kran suyu və qəhvə içib. Ətraf Mühitin Mühafizəsi əməkdaşları həmçinin quyuları və su şəbəkələrini yoxladıqlarını və ekoloji fəlakətlə əlaqədar yüksək səviyyədə çirklənmənin olmadığını bildiriblər.

Qeyd edək ki, fevralın 3-də ABŞ-ın Ohayo ştatının yaxınlığında kimyəvi maddələr daşıyan 150 vaqondan ibarət qatarın 50 vaqonunun relsdən çıxması və partlaması nəticəsində kimyəvi maddə ekoloji fəlakətə səbəb olub.

Partlayışlar nəticəsində ətraf mühitə külli miqdarda zəhərli kimyəvi maddə yayıldıqdan sonra ərazi sakinlərinin təxliyəsi qərara alınıb. Hadisədən sonra mətbuatda rayon sakinləri arasında baş ağrısı, göz yanması, öskürək və halsızlıq kimi şikayətlər və heyvanların tələf olması barədə məlumatlar yayılıb. Qəzaya uğrayan qatarın bağlı olduğu Norfolk Southern şirkəti açıqlama verərək ərazini ekoloji cəhətdən təmiz şəkildə təmizlədiklərini və qəza nəticəsində yaranan itkilərə görə bölgə əhalisinə maddi yardım etdiklərini açıqlayıb.

Müəllif: Rəşid Qarayev

Bütün xəbərlər Facebook səhifəmizdə