Stefan Dujarrik:''Qəzzada ərzaq təhlükəsizliyi kritik həddə çatıb''
Birləşmiş Millətlər Təşkilatı Qəzzada təhlükəsizlik vəziyyəti, sərhədlərin bağlanması, idxal məhdudiyyətləri və əsas infrastrukturların zərər görməsi səbəbindən ərzaq təhlükəsizliyinin çox kritik həddə çatdığını açıqlayıb.
SİA-nın əldə etdiyi məlumata görə, Birləşmiş Millətlər Təşkilatının (BMT) sözçüsü Stefan Dujarrik keçirdiyi gündəlik mətbuat konfransında BMT-nin Humanitar Məsələlər üzrə Koordinasiya Ofisinin (OCHA) məlumatlarına istinadən, İsrailin Rəfah şəhərinə hava hücumlarının intensivləşdiyini bildirib.
Davamlı və etibarlı ərzaq tədarükünün qarşısının alındığını vurğulayan Stefan Dujarrik Qəzzada təhlükəsizlik vəziyyəti, sərhədlərin bağlanması, idxal məhdudiyyətləri və əsas infrastrukturların zərər görməsi səbəbindən ərzaq təhlükəsizliyinin çox kritik həddə çatdığını qeyd edib.
Stefan Dujarrik Rəfahda humanitar vəziyyətin getdikcə pisləşdiyini və insanların yemək üçün yük maşınlarını saxlamağa başladığını ifadə edərək, xüsusilə uşaqların, qocaların və sağlamlıq problemi olan insanların ərzaq çatışmazlığı səbəbindən daha çox risk altında olduğuna diqqət çəkib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB