Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb

Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb

Qeyri-qanuni yollarla Türkiyə ərazisinə keçməyə cəhd göstərən biri FETÖ, biri də DEAŞ terror təşkilatı üzvü olmaqla 18 nəfər sərhəd qüvvələri tərəfindən saxlanılıb.
SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən verilən məlumatda bildirilib.
Məlumatda bu ifadələrə yer verilib:''Ölkəmizdən Yunanıstana, Suriyadan isə ölkəmizə qeyri-qanuni yollarla keçməyə cəhd edən 18 nəfər sərhəd qoşunlarımız tərəfindən saxlanılıb. Aparılan araşdırmalar nəticəsində saxlanılanlardan birinin FETÖ, birinin də DEAŞ üzvü olduğu müəyyən edilib''.

Bütün xəbərlər Facebook səhifəmizdə