Putin Navalnının ölüm xəbərindən sonra xüsusi qərargah yaradıb

Putin Navalnının ölüm xəbərindən sonra xüsusi qərargah yaradıb

…Dünən səhər Kremldən rusiyalı müxalifət lideri Aleksey Navalnının ölümü ilə bağlı mesaj aldıqdan sonra Putin administrasiyasında Köhnə meydanda xüsusi qərargah yaradılıb.

SİA-nın əldə etdiyi məlumata görə, bunu Rusiyanın əsas teleqram kanalı Brief-dən iki mənbə bildirib.

Qərargahın ilk qərarları arasında həbsxana işçilərinin jurnalistlərlə hər hansı əlaqəsinin qarşısını almaq olub.

Rusiya polisinə və “E” mərkəzinə (“ekstremistlərlə” mübarizə xidməti-A.B.) bütün fəalları nəzarətə götürmək və “etiraz fəallığını minimuma endirmək” tapşırılıb.

Dövlət Dumasının deputatlarına və senatorlarına qərargahın razılığı olmadan öz şərhlərini vermək qadağan edilib.

Federal nəşrlər və televiziya kanalları yalnız razılaşdırılmış məlumatları təqdim etməlidir.

…Qərargah faciəvi hadisə və Navalnının ölümünün səbəblərinin araşdırılması zərurəti kimi əsas xətləri seçmək qərarına gəlib.

Bunu mənbə deyir.

…Qaynar mövzunu dəyişdirmək və isteriyaya yol verməmək lazımdır. Özümüz heç nə bilmirik - gözləyək. Cəzaçəkmə Müəssisələri Departamentindən ölüm xəbəri belə yoxdur.

Bunu da mənbə bildirib.

…Rusiya hakimiyyəti Navalnının ölüm xəbərindən məyus olub(?). İlk reaksiya Cəzaçəkmə Müəssisələri Departamentinin tibbi hissəsinin niyə öhdəsindən gələ bilmədiyi olub. Yəqin ki, rəhbərlikdə yeni təmizləmələr və Federal Penitensiar Xidmətin rəhbərinin dəyişilməsi olacaq.

Bunu nəşrin mənbələri bildirib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə