İjevskdə PUA istehsal edən zavodda güclü yanğın baş verib

İjevskdə PUA istehsal edən zavodda güclü yanğın baş verib

…Rusiyanın İjevsk şəhərində bu gün, fevralın 17-də adı açıqlanmayan sənaye müəssisəsində güclü yanğın baş verib. SİA-nın əldə etdiyi məlumata görə, bu barədə RBC-Ukrayna Rusiya Fövqəladə Hallar Nazirliyinə istinadən yayıb.

...Udmurtiyada bir binada baş verən yanğının 2800 kvadratmetr ərazini əhatə etdiyi bildirilir.

Ümumilikdə yanğının söndürülməsinə 70-dən çox canlı qüvvə və 33 texnika cəlb olunub.

Departament böyük yanğının nədən baş verdiyini və hansı obyektin yanğına qərq olduğunu açıqlamayıb, amma...

Sonradan sızan məlumatlara görə, pilotsuz təyyarələr istehsal edən zavodda yanğın baş verib.

Rusiya Fövqəladə Hallar Nazirliyi hadisənin İjevskdə baş verdiyi yer barədə məlumat verməsə də, mənbələrə görə cəbhə üçün pilotsuz uçuş aparatları bu sənaye obyektində istehsal olunur.

Bu barədə “Astra” məlumat yayıb.

Yanan binanın ticarət mərkəzidir..?

Bunu Rusiya Fövqəladə Hallar Nazirliyi bunun sadəcə yanan “sənaye binası” olduğunu bildirib.

...Rəsmi məlumata görə, yanğın baş verən müəssisənin fəaliyyəti peşəkar yuyucu və dezinfeksiyaedici vasitələrin istehsalı ilə bağlıdır. Eyni zamanda, bu ünvanda “İjsintez-Ximprom” kimya müəssisəsi və KİV-in yazdığına görə, ötən il Ukraynaya qarşı müharibə üçün pilotsuz təyyarələrin istehsalı üçün verilmiş “New House” ticarət mərkəzi yerləşir.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə