Nyu-York məhkəməsi Trampı 355 milyon dollar cərimələyib

ABŞ-ın keçmiş prezidentinə 3 il müddətinə hər hansı korporasiyada rəhbər vəzifələr tutmaq da qadağan edilib
Nyu-York məhkəməsi Trampı 355 milyon dollar cərimələyib

Nyu-York məhkəməsi ABŞ-ın keçmiş prezidenti Donald Trampı mülki fırıldaqçılıq işində təqsirli bilib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri CNN yayıb.

Hakimiyyət siyasətçi və onun daşınmaz əmlak şirkəti The Trump Organization-a 355 milyon dollar cərimə ödəməyi əmr edib.

Bundan əlavə, Trampa Nyu-Yorkda qeydiyyatdan keçmiş hər hansı korporasiyada direktor və ya digər rəhbər vəzifə tutmaq üç il müddətinə qadağan edilib.

Trampın oğulları Donald və Erik hər biri 4 milyon dollar cərimələnib; məhkəmə onların çoxsaylı fırıldaqçılıq işlərinə görə məsuliyyət daşıdığını müəyyən edib.

Qeyd edək ki, Trampa qarşı fırıldaqçılıq işini dövlət vəkili Letitia James qaldırıb; prokuror israr edib ki, eks-prezident və onun tərəfdaşları kredit, eləcə də sığorta üzrə daha sərfəli şərtlər əldə etmək üçün maliyyə hesabatlarını saxtalaşdırıblar.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə