2023-cü ildə əhalinin təbii azalması 17 faizdən çox azalıb, bizdə yox a...

2023-cü ildə əhalinin təbii azalması 17 faizdən çox azalıb, bizdə yox a...

…2023-cü ildə Rusiyada əhalinin təbii azalması ötən ilin eyni dövrü ilə müqayisədə 17,41 faiz azalaraq 495,3 min nəfər təşkil edib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Federal Dövlət Statistika Xidmətinin (Rosstat) mətbuat xidməti məlumat yayıb.

İdarədən verilən məlumata görə, ötən ilin 12 ayında 1,265 milyon yeni doğulmuş körpə və 1,306 milyon ölüm halı qeydə alınıb.

Eyni zamanda, 946 min nikah və 683,6 min boşanma qeyd edilib.

Xidmətin izah etdiyi kimi, təbii azalmanın azalması doğumların sayının artması və ölüm hallarının azalması ilə bağlıdır.

Rosstatın məlumatına görə, 2023-cü ildə ölüm 7,64 faiz, doğum səviyyəsi isə 3,2 fazi azalıb. 2023-cü ilin dekabr ayında 102,5 min körpənin doğulması, 159 min nəfərin ölümü qeydə alınıb.

Hesabatda həmçinin 77 min nikah və 58,9 min boşanma olub. Dekabrda Rusiya baş nazirinin müavini Tatyana Qolikova bildirib ki, 2023-cü ilin 10 ayı ərzində rusiyalıların real gəlirləri 3,9 faiz artıb.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə