…Aleksey Navalnının ölüm xəbəri bütün dünya mediasının manşetlərində yer alıb. Xarici nəşrlərin jurnalistləri siyasətçinin Vladimir Putinlə qarşıdurmada inanılmaz cəsarətini və ardıcıllığını qeyd edirlər.
Onlar həmçinin Navalnının Rusiyada hücumlar, həbslər və uzun müddət təqib olunduğunu xatırladaraq, Navalnının ölümündə birbaşa və ya dolayısı ilə Kremlin günahkar olması ilə razılaşırlar.
“The Wall Street Journal” yazır ki, o, Rusiyada Vladimir Putinin narahatlığına səbəb olan azsaylı səslərdən biri idi. …Kremlin ən açıq tənqidçilərindən biri idi. O, seçki qutusunda ona meydan oxuya bilməməsinə baxmayaraq, Putinin onilliklər boyu idarə etdiyi nöqsanları ifşa etməklə Rusiya müxalifət hərəkatına nəfəs almağa müvəffəq olmuş, medianı yaxşı bilən anti-korrupsiya fəalı idi.
…Navalnının ölümü Rusiyanın parçalanmış müxalifətini özünün ən cəsur liderindən məhrum edir.
SİA-nın əldə etdiyi məlumata görə, bunu Reuters bildirir. Nəşrin yazdığına görə, Rusiyada gənclərin gələcəklərinə ümid verən Navalnı idi.
…Aleksey Navalnı çox cəsarətli olduğuna görə, onun uzun yaşamasına icazə verilmədi.
Bloomberg-in köşə yazarı Mark Çempion yazır bunu.
O, Navalnını cəsarəti və rejimə meydan oxumaq istəyi ilə qətlə yetirilən digər şəxslərlə - 2015-ci ildə Bolşoy Moskvoretski körpüsündə güllələnən Boris Nemtsov və 2009-cu ildə həbsxanada öldürülən Sergey Maqnitski ilə bərabər tutur.
…Putin Rusiyasında güllələnən, zəhərlənən və ya pəncərədən yıxılan bütün Kreml tənqidi jurnalistlərin, siyasətçilərin, fəalların və problemli iş adamlarının siyahısı uzundur.
Bunu da köşə yazarı əlavə edir.
…Navalnı Kremldən qorxmurdu, amma Kreml açıq-aşkar ondan qorxurdu.
Bunu da Bloombergin jurnalisti yazıb.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB