Nyu-York məhkəməsi Trampı fırıldaqçılıq ittihamı ilə təqsirli bilib

Nyu-York məhkəməsi Trampı fırıldaqçılıq ittihamı ilə təqsirli bilib

Nyu-York məhkəməsi ABŞ-ın keçmiş prezidenti Donald Trampı “Trump Organization” aktivlərinin qiymətləndirilməsində fırıldaqçılıqla bağlı mülki işdə təqsirli bilib. Tramp buna görə təxminən 355 milyon dollar təzminat ödəməlidir.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.

Bundan əlavə, Trampın Nyu-Yorkda hər hansı korporasiyanın əməkdaşı və ya direktoru kimi fəaliyyət göstərməsi üç il müddətinə qadağan ediləcək.

Telekanal hesab edir ki, keçmiş Amerika lideri çox güman ki, bu qərardan apellyasiya şikayəti verəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə