…Bu arada Ukraynanın xarici işlər naziri Dmitri Kuleba rusiyalı müxalifət lideri Aleksey Navalnının ölümünü şərh edərkən, Vladimir Putinin həmişə öz tənqidçilərini öldürməklə onlardan yaxa qurtardığını bildirib.
SİA-nın əldə etdiyi məlumata görə, Ukraynalı diplomat X (Twitter) səhifəsində bununla bağlı müvafiq bəyanat yayıb.
Belə ki, Kuleba Kreml tərəfindən öldürülən digər rusiyalı dissidentlərin adlarını çəkib. Onların arasında jurnalist Anna Politkovskaya, siyasi məhbus Sergey Maqnitski, keçmiş kəşfiyyatçı Aleksandr Litvinenko və müxalifətçi Boris Nemtsov da var.
...Bunlar Putinin öldürdüyü tənqidçilərin uzun siyahısındakı ən məşhur adlardan yalnız bəziləridir. Hər qətldən sonra qəzəb var idi, lakin Putin nəhayət ondan yaxa qurtardı və dünya liderləri yenidən onunla əl sıxdı. Bu, onu insanları öldürməyə davam etməyə sövq etdi.
Bunu deyən Kuleba, həmçinin “Putini dinləyin və onunla danışıqlar aparın” çağırışlarını da xatırladıb.
Bu kontekstdə o, “artıq sadəlövhlüyə son qoymağın vaxtı çatdığını, Moskva ilə hər hansı bir əlaqəyə başlamazdan əvvəl Rusiya Ukraynada məğlub olmalı və Putin nəhayət ki, bundan dərs almalıdır” deyə bildirib.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB