Tərəflər təhlükəsizlik zəmanətləri haqqında saziş imzaladılar

Tərəflər təhlükəsizlik zəmanətləri haqqında saziş imzaladılar

Ukrayna prezidenti Vladimir Zelenski fransalı həmkarı Emmanuel Makronla Ukrayna üçün təhlükəsizlik zəmanətləri haqqında ikitərəfli saziş imzalayıblar.

SİA bu barədə dövlət liderlərinin mətbuat konfransına istinadən xəbər verir.

Zelenski və Makron Yelisey sarayında müvafiq sənədi imzalayıblar. Makron sənədi imzaladıqdan sonra “…Rusiyanın müharibədə uduzması üçün Ukrayna ilə yan-yana durmaq əzmində” olduqlarını deyib.

Qeyd edək ki, Zelenski ötən gün Almaniya ilə də təhlükəsizlik sazişi bağlayıb. O, müvafiq sənədi Almaniya kansleri Olaf Şolzla imzalayıb.

Müqavilə “Ukraynanın təhlükəsizliyi və dəstəyi ilə bağlı uzunmüddətli öhdəlikləri” əhatə edir.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə