Bayden Navalnının ölümündə Putini günahlandırıb...

ABŞ prezidenti deyib ki, Putin təkcə başqa ölkələrin deyil, öz vətəndaşlarına da hücum edir
Bayden Navalnının ölümündə Putini günahlandırıb...

...ABŞ prezidenti Cozef Bayden fevralın 16-da Ağ Evdə rusiyalı siyasi məhbus Aleksey Navalnının ölümü ilə bağlı açıqlamalar verib.

Bayden Rusiya prezidenti Vladimir Putini Navalnının ölümünə görə məsuliyyət daşıdığını bildirib.

…Onun ölümü ilə bağlı xəbərlər, əgər həqiqətdirsə - və Rusiya hakimiyyəti öz hekayələrini danışsa da, inanmağa heç bir əsasım yoxdur. Və bu heç bir şübhə yaratmır ki, Navalnının ölümünə görə məsuliyyəti məhz Putin daçıyır.

SİA-nın əldə etdiyi məlumata görə, bunu ABŞ prezidenti bildirib.

…Bayden deyib ki, Putin indi Ukraynada baş verən kimi təkcə başqa ölkələrin vətəndaşlarına hücum etmir, həm də öz xalqına qarşı dəhşətli işlər görür.

Qeyd edək ki, ABŞ prezidenti Navalnını qanunun aliliyinin hökm sürdüyü Rusiyanı inkişaf etdirməyə həsr olunmuş “cəsur və prinsipial” insan adlandırıb.

Bayden, həmçinin Navalnının ölüm xəbərini Rusiyaya qarşı müharibədə Ukraynaya dəstək üçün maliyyələşməni təşviq edəcəyini bildirib.

O deyib ki, Birləşmiş Ştatlar “Ukraynanın özünü müdafiə etməyə davam etməsi üçün” vasitələr təqdim etməlidir və bu kritik anda Ukraynaya əlavə maliyyə vəsaitinin olmaması “heç vaxt unudulmayacaq”

… “Saat işləyir və bu baş verməlidir”. Bayden deyib bunu.

P.S: Bu arada Cozef Bayden Aleksey Navalnının ölümü ilə əlaqədar Rusiyaya qarşı yeni sanksiyaların mümkünlüyünü də bəyan edib. O, Birləşmiş Ştatların “bir sıra variantları” nəzərdən keçirdiyini söyləsə də, lakin hansı variantların olduğunu deməyib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə