…Rusiya qüvvələri oktyabr ayından bəri ələ keçirməyə çalışdıqları, lakin xeyli itkilər verdiyi Donetsk vilayətinin Avdeevka qəsəbəsini tədricən ələ keçirə biliblər.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu Böyük Britaniya Müdafiə Nazirliyinin fevralın 16-a olan kəşfiyyat icmalında deyilir.
Britaniya kəşfiyyatı qeyd edir ki, Rusiya hücumunun əsas səyləri indi Avdeevkada cəmlənib.
…Rusiya 2023-cü ilin oktyabrından şəhəri ələ keçirmək üçün ciddi səy göstərib və şəhərin ələ keçirilməsində tədricən, davamlı irəliləyiş əldə edib. Ukrayna Silahlı Qüvvələri isə buna cavab olaraq mövqelərini gücləndirir.
İngilislərin icmalında belə deyilir.
Britaniya Müdafiə Nazirliyi kəşfiyyatının təqdim etdiyi hesablamalara görə, Avdeevkanın tutulması kampaniyası zamanı Rusiya Federasiyası ən azı 400 tank, piyada döyüş maşını və digər texnika, həmçinin minlərlə şəxsi heyətini itirib.
Nazirlik, həmçinin Rusiyanın Baxmutun qərbindəki hücum hərəkətlərinə də diqqət çəkir və rusların məqsəd kimi çox güman ki, Çasov Yar şəhərini tutmaq olacaqlarını yazır.
O da qeyd edilir ki, ruslar 2023-cü ilin mayında Baxmutu ələ keçirdikdən sonra heç bir kənara çıxa bilməyiblər.
Xatırladaq ki, Ukrayna ordusu artıq bir neçə ay idi ki, Avdeevkanı işğalçıların güclü hücumundan müdafiə edirdi, amma…
Yeri gəlmişkən Ağ Ev bir gün əvvəl Avdeevkadakı kritik vəziyyətin səbəblərindən biri kimi artilleriya mərmilərinin çatışmazlığını göstərmişdi.
P.S: Ukrayna silahlı qüvvələri uzun sürən şiddətli döyüşlərdən sonra Donetsk vilayətinin Avdeevka şəhərinin cənub-şərq kənarındakı mövqelərini tərk edir. "Tavriya" əməliyyat-strateji qoşun qrupunun komandanlığı şəxsi heyəti qorumaq və əməliyyat vəziyyətini yaxşılaşdırmaq üçün bölmələri "Zenit" mövqeyindən çıxarmaq qərarına gəlib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB