...Rostov-na-Donuda cümə günü günortadan sonra partlayış səsləri eşidilib.
Partlayışlardan üç saat sonra Rostov vilayətinin qubernatoru Vasili Qolubev teleqram kanalında hərbi hava qüvvələrinin “xüsusi əməliyyat zonasında tapşırıqları” yerinə yetirməsi barədə yazıb və “regionda vəziyyətin nəzarət altında olduğunu da” əlavə edib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, vilayət qubernatoru nədənsə rəsmi hansı tapşırıqların müzakirə edildiyini və partlayışların döyüş xəttindən xeyli aralıda niyə eşidildiyini izah etməyib.
Qeyd edilir ki, əvvəllər Qolubev dəfələrlə bölgədəki partlayış səslərini hərbçilərin “regiondan kənarda” hərəkətləri kimi izah edib.
Təkcə noyabr və dekabrın əvvəllərində Rostov vilayətində hava hücumundan müdafiə sistemlərinin işə salınması ən azı 10 dəfə yayılıb.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB