Yuliya Navalnaya dünya ictimaiyyətinə çağırış edir...

Yuliya Navalnaya dünya ictimaiyyətinə çağırış edir...

Rusiyalı müxalifət lideri Aleksey Navalnının həyat yoldaşı Yuliya Navalnaya Münhen Təhlükəsizlik Konfransında çıxış edərək ərinin ölümü ilə bağlı xəbərlərə münasibət bildirib.

…Bu gün gələn dəhşətli xəbəri yəqin ki, hamınız eşitmisiniz. Mən də fikirləşdim: ya bura gəlim, ya da uşaqlarımın yanına uçum. Sonra Aleksey Navalnının nə edəcəyini düşündüm. Və əminəm ki, o, burada, bu səhnədə olacaqdı. Rusiya hökumət mənbələrindən aldığımız dəhşətli xəbərə inanıb-inanmayacağımı bilmirəm. Çünki uzun illərdir və hamınız bunu bilirsiniz, biz Putinə və Putin hökumətinə etibar edə bilmirik. Onlar həmişə yalan danışırlar.

SİA-nın əldə etdiyi məlumata görə, bunu deyən Yuliya Navalnaya, dünya ictimaiyyətini Rusiya rejiminə qarşı birləşməyə çağırıb.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə