…Ukrayna prezidenti Vladimir Zelenski və Almaniya kansleri Olaf Şolz təhlükəsizlik sazişi imzalayıblar.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Associated Press məlumat yayıb.
Almaniya hökumətinin başçısı bu sənədi “tarixi addım” adlandırıb.
Xatırladaq ki, Zelenski bu gün Almaniyada rəsmi səfərdədir və burada Şolz, eləcə də hakim koalisiya üzvləri ilə görüşür. Bundan əlavə, Ukrayna prezidenti Münhen Təhlükəsizlik Konfransında iştirak edəcək və burada Kiyev üçün hərbi təminatları müzakirə etmək niyyətindədir.
Ukrayna liderinin sözlərinə görə, səfərin əsas məqsədi Avropada sülhün tezliklə əldə olunmasıdır.
Yeri gəlmişkən, Ukrayna prezidenti Almaniyadan sonra Fransaya gəlmək niyyətində olduğunu da xatırladıb.
Bundan əvvəl Böyük Britaniyanın baş naziri Rişi Sunak və Vladimir Zelenski Britaniya hökumət başçısının Ukraynanın paytaxtına səfəri zamanı təhlükəsizlik sazişi imzalayıblar. Sənəd Ukraynanın gözlənilən NATO-ya daxil olmasına qədər qüvvədə olacaq.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB