ABŞ Qırmızı dəniz və Ədən körfəzində yük gəmiləri ilə bağlı kəşfiyyat məlumatları toplayıb Yəməndəki husilərə göndərdiyi iddia edilən İrana məxsus hərbi-dəniz gəmisinə qarşı kiberhücum həyata keçirib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə NBC News məlumat yayıb.
…Bir həftədən də əvvəl baş verən kiberhücum, ötən ayın sonunda İordaniyada üç ABŞ hərbçisinin ölümü ilə nəticələnən pilotsuz uçan aparat hücumuna Bayden administrasiyasının cavabının bir hissəsidir.
…ABŞ-ın casusluq etdiyi iddia edilən gəmiyə qarşı əməliyyatının məqsədi İran hərbi gəmisini “Ənsar Allah” hərəkatının nümayəndələri ilə kəşfiyyat məlumatlarını bölüşmək imkanından məhrum etmək olub.
Xatırladaq ki, fevralın 11-də ABŞ Mərkəzi Komandanlığı Vaşinqtonun Yəməndəki husilərin mövqelərinə yeni hücumlar həyata keçirdiyini açıqlamışdı.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB