''Ukrayna ''Kaan'' döyüş təyyarəsi almağı planlaşdırır''

''Ukrayna ''Kaan'' döyüş təyyarəsi almağı planlaşdırır''

Ukraynanın Türkiyədəki səfiri Vasil Bodnar ölkəsinin ''Kaan'' 5-ci nəsil türk döyüş təyyarəsinin mühərrikinin inkişafına töhfə verdiyini və gələcəkdə bu təyyarələri almağı planlaşdırdığını bildirib.

SİA-nın əldə etdiyi məlumata görə, Türkiyə televiziyasına müsahibə verən Vasil Bodnar deyib: "Ukraynalı mütəxəssislər ''Kaan'' Türk milli döyüş təyyarəsinin mühərrikinin inkişaf etdirilməsi layihəsi üzərində işləyirlər. Bu yeni bir şey deyil. Mühərrikin inkişafı sahəsində bir neçə təcrübəli şirkətimiz var''

Ukrayna səfiri Vasil Bodnar türk döyüş təyyarəsinin ABŞ-ın hazırladığı F-35 və F-22-lərlə rəqabət aparacağını, Ukraynanın ''Kaan'' təyyarələrini alıb aktiv şəkildə istifadə etməyi planlaşdırdığını bildirib.

Türkiyedə 2017-ci ildə başladılan Milli Döyüş Təyyarələri Proqramı çərçivəsində ''Kaan'' təyyarəsinin 2028-ci ildə hazırlanaraq kütləvi şəkildə istehsalına başlanılması nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə