Ukrayna Silahlı Qüvvələri Avdeevkanın kənarındakı "Zenit" mövqeyindən geri çəkilib…
Ruslar Avdeevkaya daxil olublar…

...Ukrayna müdafiə qüvvələri Avdeevkanın kənarındakı “Zenit” mövqeyindən geri çəkiləcək.

SİA RBC-Ukraynaya istinadən xəbər verir ki, bunu briqada generalı, “Tavriya” əməliyyat-strateji qoşunlar qrupunun komandanı Aleksandr Tarnavski deyib.

Onun dediyinə görə, uzun aylar davam edən qarşıdurmadan sonra Əməliyyat-Strateji Qruplaşdırılmış Qüvvələrin komandanlığı “Zenit” mövqeyindən Avdeevkanın cənub-şərq kənarına çəkilmək qərarına gəlib.

Tarnavski, düşməni effektiv şəkildə cilovlamaq və məhv etmək mümkün olduğu müddətcə bu mövqeləri saxlayacaqlarını bildirib.

…Geri çəkilmək qərarı şəxsi heyəti qorumaq və əməliyyat vəziyyətini yaxşılaşdırmaq üçün verilib. Taktiki cəhətdən bu mövqelərin tutulması düşmənə strateji üstünlük vermir və Avdeevka müdafiə əməliyyatı daxilində vəziyyəti dəyişmir. Hazırda qoşunların yenidən qruplaşdırılması, təchizatın artırılması və bölmələrin yeni mövqelərə yerləşdirilməsi davam edir.

Bunu da Tarnavski deyib.

Xatırladaq ki, ruslar 2023-cü ilin payızından Avdeevkanı almağa çalışır. Onlar hazırda şəhərə daxil ola biliblər. Bu istiqamətdə vəziyyət kritik həddə yaxınlaşır. Ukrayna Silahlı Qüvvələrinin üçüncü hücum briqadası Ukrayna müdafiəsini gücləndirmək üçün Avdeevka bölgəsinə köçürüldüklərini təsdiqləyib. Üçüncü Hücum Briqadası bildirib ki, bölgələrdən birində döyüşçülər düşmən tərəfindən 360 dərəcə mühasirəyə alınsa da, lakin sonradan “halqa” açıla bilib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə