…Bu gün rusiyalı müxalif siyasətçi Aleksey Navalnının ölümü bütün dünyanın aparıcı mediasının əsas xəbərinə çevrilib.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, “Sky News” tlekanalı hətta ölüm xəbərini vermək üçün yayımını dayandırıb: “Aleksey Navalnı həbsdə ölüb. Onun bir neçə il koloniyada qalaraq dünyasını dəyişdiyi bildirilir”.
Qeyd edək ki, bu xəbəri ilk olaraq BBC, Reuters, AFP, Bloomberg və digər aparıcı dünya mediaları paylaşıb.
Xatırladaq ki, bu gün fevralın 16-da 3 saylı cəzaçəkmə müəssisəsində məhkum Aleksey Navalnı gəzintidən sonra özünü pis hiss edib. Və demək olar ki, dərhal huşunu itirib. Dərhal müəssisənin tibb işçiləri gəlib və təcili tibbi yardım briqadası çağırılıb. Bütün zəruri reanimasiya tədbirləri görülüb, lakin müsbət nəticə verməyib. Təcili yardımın həkimləri məhkumun ölümünü təsdiqləyiblər. Hazırda ölümün səbəbləri araşdırılır.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB