İsrail qırıcıları “Hizbullah”ın hərbi bazalarına zərbələr endirib
İsrail qırıcıları Livanda “Hizbullah”ın üç hərbi bazasına hücum edib. SİA-nın məlumatına görə, bu barədə İsrail ordusunun mətbuat xidməti xəbər yayıb.
"Bir müddət əvvəl İsrail ordusunun döyüşçüləri Livanın cənubundakı Kantara, Yarin və Taybe ərazilərində “Hizbullah”ın üç hərbi bazasına hücum edib", - məlumatda deyilir.
Bundan əlavə, ordu “Livanın cənubundakı Labune bölgəsində “Hizbullah”ın daha bir terror obyektinə zərbə endirib”, - mətbuat xidməti əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB