Bu arada ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAİD) Ukraynaya gücü 50 kV-dan 1500 kV-a qədər olan 57 qaz-porşenli kogenerasiya qurğusu verib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri İnfrastruktur Nazirliyi yayıb.
Qeyd edək ki, bunun sayəsində istilik təchizatı müəssisələri öz ehtiyacları üçün əlavə olaraq 56,5 MVt elektrik enerjisi istehsal edə, 1 milyona yaxın vətəndaşı və 960 sosial obyekti istiliklə təmin edə biləcəklər.
Söhbət məktəblərdən və xəstəxanalardan, eləcə də digər yerli infrastrukturlardan, xüsusən də su təchizatından gedir.
O da qeyd edilməlidir ki, kogenerasiya istilik və elektrik enerjisinin eyni vaxtda istehsalıdır.
Belə qaz porşen qurğuları mühərrikdə yanan və pistonları hərəkətə gətirən qazlı yanacaqdan istifadə edir.
Mexanik enerji şaft vasitəsilə generatora ötürülür və bu da öz növbəsində elektrik enerjisi istehsal edir. Kogenerasiya qurğusunda elektrik enerjisi istehsal edilərkən paralel olaraq istilik də buraxılır ki, ondan da istifadə etmək olar.
…Yeri gəlmişkən, qışda sabit istilik və enerji təchizatını təmin etmək üçün USAID Ukraynanın 32 şəhəri və iki universitet üçün ümumilikdə 91 kogenerasiya qurğusu satın alır.
Dekabrda Ukraynanın Baş naziri Denis Şmıqal 2023-cü ilin sonuna qədər aşağı və orta gücə malik 69 mini- Kombinə edilmiş istilik və elektrik stansiyasının (CHP) Ukraynaya gətiriləcəyini bildirib.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB