Keçmiş rus təbliğatçısı Latviya xüsusi xidmət orqanlarına təslim olub…

Keçmiş rus təbliğatçısı Latviya xüsusi xidmət orqanlarına təslim olub…

…Latviyada saxlanılan və daha sonra cərimələnən “Sputnik Litva” nəşrinin keçmiş baş redaktoru Marat Kasem yerli kəşfiyyat xidmətlərinə təslim olmaq və Rusiyaya qayıtmamaq qərarına gəlib.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, o, bu barədə jurnalist İlya Azarla “Novaya qazeta Europe” nəşrinə müsahibəsində danışıb.

Qeyd edək ki, Kasem Latviyaya 2022-ci ilin sonunda gəlib. O, sanksiyaya məruz qalmış Kremlin təbliğat orqanı ilə əməkdaşlıq etdiyinə görə saxlanılıb və yanvarın 5-də Avropa İttifaqının məhdudiyyətlərindən yayınmaqda şübhəli bilinərək həbs edilib.

Kasemin dediyinə görə, o, "əliboş" deyil, Latviya xüsusi xidmət orqanları üçün "hədiyyələrlə" gəlib və onun mərhəmətinə qəsdən təslim olub.

Keçmiş təbliğatçının izah etdiyi kimi, Rusiyanın Ukraynaya təcavüzündən sonra ona tamamilə aydın olub ki, Latviya və ümumilikdə Baltikyanı ölkələr növbəti yerdədirlər.

…Bilmək olmaz, bəlkə də Moldova onların arasında olacaq. Amma hər halda, bu, gələcək. Bu, məndə çaxnaşma yaratdı və mən Rusiyadakı fəaliyyətimi necə dayandıracağım barədə düşünməyə başladım.

Deməli, bunu deyən Kasem Latviya vətəndaşıdır. O, heç vaxt Rusiya pasportunun olmadığını iddia edir - yalnız yaşayış icazəsi və respublikada dostları, qohumları və daşınmaz əmlakı var. Keçmiş təbliğatçının sözlərinə görə, 2022-ci il fevralın 24-ü onun üçün “işığı gördüyü” tarix olub və daha Putin rejimi ilə heç bir əlaqəsi olmayacağına qərar verib.

…Niyə dərhal getmədiyini, daha 10 ay “Sputnik Litva”da işləməyə davam etdiyini soruşduqda, Kasem Latviyada onu necə qarşılayacağından “çox qorxduğunu” söyləyib.

…DİN “Rossiya Seqodnya”nın rejim təhlükəsizliyi departamentində mənim haqqımda kompromat materialları var idi ki, onların dərc olunmasını istəməzdim. Bunlar mənim şəxsi həyatımla bağlıdır.

Kasem deyib bunu.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə