Ərdoğan Putinin mövqeyini dəstəkləyib və bunu “səmimi” adlandırıb..?

Hürriyət: “Türkiyə Rusiyanın Ukraynada sülhə olan səmimi istəyinə inanır və onun əldə olunmasına töhfə verməyə davam edəcək”
Ərdoğan Putinin mövqeyini dəstəkləyib və bunu “səmimi” adlandırıb..?

...Qərb dünyasının problem və maneələrinə baxmayaraq, Türkiyə Rusiya və Ukrayna arasında sülh razılaşması əldə etmək üçün səylərini davam etdirəcək. Ankara bu məqsədə çatmaq üçün diplomatik vasitələrdən istifadə edəcək

…Biz sülhə nail olmaq üçün səylərimizdən əl çəkməyəcəyik. Biz Rusiya və Ukrayna arasında sülhə nail olmaq üçün lazım olan hər şeyi etməyə davam edəcəyik.

SİA-nın bayaq da qeyd etdiyi kimi, bunu Türkiyə Prezidenti Ərdoğan fevralın 15-də Misirdən qayıdarkən bir qrup jurnalistə deyib.

Rusiya prezidenti Vladimir Putinin 2022-ci ildə Türkiyənin vasitəçiliyi ilə Moskva ilə Kiyev arasında danışıqların Qərbin müdaxiləsi səbəbindən dayandırıldığı barədə son bəyanatı ilə bağlı sualı cavablandıran Ərdoğan Rusiya liderinin mövqeyini dəstəkləyib və bunu “səmimi” adlandırıb.

…Açığını deməliyəm ki, cənab Putinin bəyanatlarında səmimilik var. Biz İstanbul Prosesi adlanan bu danışıqlarda mümkün olan bütün səmimi addımları atmışıq. Amma təəssüf ki, bu cəhdlər nəticəsiz qaldı. Ancaq istədiyimiz nəticələri əldə edə bilmədiyimiz üçün təslim ola bilmərik.

Bunu Ərdoğan bəyan edib.

O, həmçinin bildirib ki, Türkiyə 2022-ci ilin ortalarında “taxıl təşəbbüsü”nün həyata keçirilməsində olduğu kimi, hər iki tərəf buna hazır olsa, yeni prosesə başlamağa hazırdır.

…Biz əvvəldən deyirdik ki, ədalətli sülh müharibədən daha yaxşıdır və biz bütün addımları bu anlayışa uyğun olaraq atırıq. Nə qədər ki, biz sülhə can atırıq, biz mütləq bir yol tapacağıq.

Bu fikirlər də Türkiyə prezidentinə məxsusdur.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə