Belqoroda hücum nəticəsində ölənlərin sayı 7 nəfərə çatıb

Belqoroda hücum nəticəsində ölənlərin sayı 7 nəfərə çatıb

…Operativ məlumatlara görə, Ukrayna Silahlı Qüvvələrinin Belqoroda hücumu nəticəsində biri uşaq olmaqla 7 nəfər həlak olub.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Rusiya Səhiyyə Nazirliyi məlumat yayıb.

…Eyni zamanda dördü uşaq olmaqla 18 nəfər yaralanıb. Onlardan 4-nə ambulator yardım göstərilib. Nəhayət, 14 nəfər müxtəlif dərəcəli ağırlıqda xəstəxanalara aparılıb. Onlara lazımi tibbi yardım göstərilir.

...Fevralın 15-də Ukrayna Silahlı Qüvvələrinin yaraqlıları növbəti dəfə Belqorod vilayətinə hücum ediblər. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, hücum Vampire MLRS-dən olan raketlərlə həyata keçirilib.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Belqorodun atəşə tutulmasını növbəti terror aktı adlandırıb.

Qeyd edək ki, Moskva Ukrayna Silahlı Qüvvələrinin növbəti hücumunu BMT-nin müzakirəsinə çıxarmaq niyyətindədir.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə