Ona görə də “qırıb-çatırsınız”?..

Putin: Rusiya heç vaxt rusları və ukraynalıları ayırmayıb
Ona görə də “qırıb-çatırsınız”?..

...Rusiya heç vaxt rusları və ukraynalıları bir xalq hesab edərək ayırmayıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu fikri Rusiya prezidenti Vladimir Putin Uralvaqonzavod işçiləri ilə söhbətində deyib.

…Mən birbaşa demək istəyirəm ki, necə oldu. Bunu hamı bilir: biz heç vaxt ruslarla ukraynalılar, Rusiya ilə Ukrayna arasında fərq qoymamışıq.

Putin deyib.

O qeyd edib ki, Ukraynada yaşayanların böyük əksəriyyəti və Rusiyada insanların mütləq əksəriyyəti həmişə bunun əslində eyni şey olduğuna inanıblar.

Eyni zamanda prezident qeyd edib ki, Ukraynada anti-Rusiya əhval-ruhiyyəsi tarixdən qaynaqlanır.

…Belə ki, Böyük Vətən Müharibəsindən sonra Hitlerlə əməkdaşlıq edən bu millətçi və nasist ünsürlərdən bəziləri xaricə qaçdı. Onlar ABŞ-a, Kanadaya qaçdı və düşmənimiz onlara arxalandı.

Bunu da Putin deyib.

… Sovet İttifaqının dağılmasından sonra Ukraynada hakimiyyətə anti-Rusiya əhval-ruhiyyəsi olan insanların gəldiyini diqqətə çatdıran Putinə görə, onlar üçün bu və ya digər prezidentin soyadının nə olmasının fərqi yoxdur.

…Onlar özlərini aqressiv, həyasız apardılar və birdən-birə xarici təsiri altına düşdülər.

Rusiyanın dövlət başçısı deyib bunu da...

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə