Bu arada Şimali Atlantika Alyansının bir qrup ölkəsi hərbi yardım çərçivəsində bir milyon pilotsuz uçan aparatı ukraynalı müdafiəçilərə ötürmək istəyir.
SİA-nın əldə etdiyi məlumata görə, RBC-Ukrayna bu barədə NATO-nun baş katibi Yens Stoltenberqin brifinqinə istinadən xəbər verir.
Deməli, Stoltenberq xatırladıb ki, bu gün, fevralın 15-də Ukrayna-NATO Şurasının növbəti iclası keçirilib.
İclasda Ukraynanın müdafiə naziri Rustem Umerov cəbhədəki vəziyyət barədə müttəfiqlərini məlumatlandırıb.
Və NATO ölkələri davamlı dəstəyin vacibliyini vurğulayıblar.
…Stoltenberq həmçinin qeyd edib ki, son bir neçə gündə Kanada, Finlandiya və Norveç də daxil olmaqla müttəfiqlər Ukraynaya “F-16” üçün avadanlıq və ehtiyat hissələri, həmçinin hava hücumundan müdafiə avadanlıqları daxil olmaqla yeni hərbi yardım paketləri elan ediblər.
…Bir qrup müttəfiq Ukrayna üçün bir milyon pilotsuz təyyarə tədarük etmək üçün birləşir.
NATO-nun 20 müttəfiqi də minalardan təmizləmə koalisiyasının yaradılması barədə razılığa gəliblər. Bütün bunlar ukraynalıların həyatını xilas etməyə kömək edəcək.
Bunu da baş katib bildirib.
Xatırlatmaq istərdik ki, əvvəllər NATO ukraynalı müdafiəçilərə kömək etmək üçün 20-dən çox ölkənin qoşulduğu pilotsuz təyyarələrdən ibarət koalisiya yaratmışdı.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB