“Tinder” Belarusu da tərk edib...

“Tinder” Belarusu da tərk edib...

…“Tinder” tanışlıq xidmətinin sahibi olan American Match Group Belarus bazarını tərk edib.

SİA-nın əldə etdiyi məlumata görə, fevralın 15-dən sonra Belarusda yerləşən istifadəçilər proqram xidmətlərindən istifadə edə, öz hesablarına daxil ola, proqramdaxili alış-veriş edə, ödənişli abunəliyi yeniləyə və bonuslar ala bilməyəcəklər.

Xatırladaq ki, ötən il iyunun 30-da “Tinder” Rusiyanı tərk edib. Şirkət öz qərarını Rusiyanın Ukraynaya müdaxiləsi ilə bağlı insan haqlarının qorunması ilə izah edib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə