Ərdoğan təyyarədə jurnalistlərin suallarını cavablandırıb

Ərdoğan təyyarədə jurnalistlərin suallarını cavablandırıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin Rəfah bölgəsinə hücumları ilə bağlı deyib:“Bu soyqırıma səssiz qalmağın yükü və nəticələri böyükdür”.
SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, Prezident Rəcəb Tayyib Ərdoğan Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Misirdən qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandırıb.
Rəcəb Tayyib Ərdoğan BƏƏ-də keçirilən Dünya Hökumətir Sammitindəki çıxışında Türkiyənin Qəzza böhranı və Fələstin məsələsi ilə bağlı mövqeyini ifadə etdiyini və davamlı sülh üçün təklifləri dilə gətirdiyini ifadə edən Rəcəb Tayyib Ərdoğan deyib: “İsrail Fələstin xalqının ən fundamental hüquqlarını və 1967-ci il sərhədləri daxilində Fələstin dövlətinin qurulmasını qəbul etmədikcə sülh əldə olunmaz''.
İsrailin Rəfah bölgəsinə etdiyi hücumlara toxunan Rəcəb Tayyib Ərdoğan oradakı insanların təhlükəsizliyindən güzəştə getməyin mümkün olmadığını deyib.
Türkiyə Prezidenti deyib: ''Mülki şəxslərə “Bu bölgəyə gedin, ora təhlükəsizdir” dedikdən sonra həmin bölgənin bombalanması bəşəri dəyərlər, müharibə hüququ, beynəlxalq hüquq və insan haqları ilə üst-üstə düşürmü? Bəşəriyyət bu fəryadı tez bir zamanda eşitməlidir. Bu soyqırıma səssiz qalmağın günahı nəzərdən keçirilməlidir''.
Türkiyənin daimi sülh üçün səylərini davam etdirdiyini vurğulayan Ərdoğan deyib: ''Dünya artıq həll yolunun 1967-ci il sərhədləri daxilində paytaxtı Şərqi Qüds olan müstəqil, suveren, coğrafi cəhətdən inteqrasiya olunmuş Fələstin dövlətinin yaradılmasından ibarət olduğunu görməzlikdən gələ bilməz. Türkiyə yalnız fələstinli qardaşlarını deyil, həm də insan haqlarını, sülhü və beynəlxalq hüququ müdafiə edir''.

Bütün xəbərlər Facebook səhifəmizdə