...Bu arada “Atəş” (Ateş) hərəkatının partizanları Sankt-Peterburqda Rusiya Baltik Donanmasının gəmilərinə nəzarət etməyə girişiblər.
Onlar eyni zamanda Kronştadt şəhərindəki donanmaların sayını da öyrənə bildilər.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə RBC-Ukrayna “Atəş” partizan hərəkatının Telegram kanalına istinadən xəbər yayıb.
...Agentlərimiz Rusiyanın Baltik Donanması haqqında məlumatların toplanması üzərində işə başlayıblar. İş prosesində biz Kronştadt limanında gəmilərin və sualtı qayıqların sayı barədə məlumat toplamışıq.
Məlumatda deyilir.
...Partizanların sözlərinə görə, əsasən korvetlər, təxribat əleyhinə qayıqlar, minaaxtaran gəmilər və iki sualtı qayıq olmaqla, müxtəlif tipli onlarla gəmi qeydə alınıb.
...Biz kəşfiyyat aparmağa və Rusiya qoşunları haqqında məlumat toplamağa və toplanmış bütün məlumatları Ukrayna Müdafiə Qüvvələrinə ötürməyə davam edirik.
“Atəş” hərəkatının partizanları bildiriblər bunu.
...Yenə bu arada Baş Qərargah, fevralın 15-nə olan məlumata əsasən, Ukrayna müdafiə qüvvələrinin ruslara məxsus 25 gəmi və katerini məhv etdiklərini bildirib.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB