…Bu vəzifəni yenidən geri almaq istəyən ABŞ-ın keçmiş prezidenti Donald Tramp Ukrayna üçün Ağ Evin hazırkı rəhbəri Cozef Baydendən daha çox işlər görəcəyini vəd edir. SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, Tramp bunu Şimali Çarlstonda seçki kampaniyası zamanı deyib.
Beləliklə, Tramp deyib ki, Bayden prezident olacağı təqdirdə, Rusiya lideri Vladimir Putin guya “Ukrayna da daxil olmaqla, istədiyi hər şeyi əldə edəcək”.
... Bu hədiyyədir. Onun hədiyyəsi var.
Bunu deyən Tramp iddia edir ki, Bayden guya Ukraynanı Putinə verəcək.
“The New York Times” xatırladır ki, son bir neçə ay ərzində Bayden dünya liderlərini və ABŞ Konqresini Ukraynaya daha çox hərbi yardım göstərməyə çağırıb.
Tramp isə bütün bu səyləri alt-üst etdi.
İndi, nəşrin qeyd etdiyi kimi, Tramp Ukrayna üçün Baydendən daha çox iş görəcəyini vəd edərək ssenarini dəyişməyə çalışır.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB