…ABŞ-ın keçmiş prezidenti Donald Tramp noyabrda keçiriləcək prezident seçkilərində qalib gələcəyi təqdirdə Ukraynanı Rusiya ilə sülh danışıqlarına məcbur etməyi planlaşdırır.
SİA-nın əldə etdiyi məlumata görə, bunu bəzi mənbələr Bloomberg-ə bildiriblər.
Onların sözlərinə görə, Tramp komandası seçkilərdə qələbədən dərhal sonra Rusiya və Ukrayna prezidentləri Vladimir Putin və Vladimir Zelenskinin iştirakı ilə sülh sammitinin keçirilməsi imkanını müzakirə edirlər.
Agentliyin həmsöhbətlərindən biri qeyd edib ki, Kiyevi məcbur etmək üçün Tramp hərbi dəstəyi azaltmaqla hədələyə bilər və əksinə, Putinə Ukraynaya yardımın artırılması barədə məlumat verəcər..?
Bundan əlavə, Tramp bəzi NATO üzvləri qarşısında öhdəlikləri azaltmaq niyyətindədir. Xüsusilə, o, elan edə bilər ki, NATO müqaviləsinin alyans üzvünün hücum zamanı kollektiv müdafiəsini nəzərdə tutan 5-ci maddəsi yalnız müdafiə xərcləri hədəflərinə çatan ölkələrə şamil olunacaq. Beləliklə, siyasətçinin komandası mahiyyət etibarilə “ikipilləli NATO ittifaqı”nı müzakirə edir.
…Xatırlayırsınızsa, ötən yay Tramp, hakimiyyətdə olsaydı, 24 saat ərzində Ukraynadakı müharibəni dayandıracağını demişdi.
O, hətta Zelenskini “çox yaxşı” və Putini daha yaxşı tanıdığını da bildirmişdi.
Buna cavab olaraq Ukrayna lideri Trampı səhv etdiyini başa salmaq üçün Ukraynaya gəlməyə dəvət etmişdi.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB