...Artıq xəbər verildiyi kimi, fevralın 15-nə keçən gecə Rusiyanın Kursk şəhərində neft bazasında yanğın başlayıb. SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri Ukrayna mətbuatı yayıb.
Bu arada Kursk vilayətinin qubernatoru Roman Starovoyt hər şeyi obyektə hücum etdiyi iddia edilən Ukrayna pilotsuz təyyarəsinin üzərinə atıb.
O, bu barədə Telegram-da yazıb.
Qubernator bildirib ki, ilkin məlumatlara görə, hadisə nəticəsində itki yoxdur.
…Kursk vilayətində Ukraynaya məxsus PUA-nın hücumu nəticəsində neft bazasında yanğın baş verib. İlkin məlumata görə, itki yoxdur. Hazırda bütün xüsusi xidmət orqanları yerində işləyir. Xahiş edirəm sakit olun.
Starovoyt yazıb bunu.
Qeyd edək ki, hadisə şahidləri bazaya çoxlu sayda yanğınsöndürən maşının toplaşdığını bildirirlər. Onların sözlərinə görə, 100 tonluq çən yanır.
...Bir müddət əvvəl Rusiya mətbuatı Kursk vilayətində neft bazasına PUA-nın gecə hücumu nəticəsində dizel yanacağı olan iki çənin yandığı barədə yazı verib.
Onu da qeyd edək ki, söhbət Kursk vilayətinin Polevaya kəndindəki “Polevaya” MMC-nin neft bazasından gedir. Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB