…Bu gün NATO yalnız Vaşinqtonun xarici siyasətinin alətidir.
SİA TASS-a istinadən xəbər verir ki, bu fikri Rusiya prezidenti Vladimir Putin “Rossiya-1” telekanalının jurnalisti Pavel Zarubinə müsahibəsində deyib.
…Mən hesab edirəm ki, NATO-nun heç bir nə faydası, nə də bir mənası yoxdur. Yalnız bir məna var - o, ABŞ-ın xarici siyasətinin alətidir.
Rusiya dövlətinin başçısı bildirib bunu.
Vladimir Putin ABŞ-ın keçmiş lideri Donald Trampın Avropa ölkələrinin sərhədlərini düşmənlərdən qorumaq üçün Vaşinqtona pul ödəməli olması ilə bağlı son bəyanatına da münasibət bildirib.
…Qoy onlar özləri həll etsinlər, bu onların problemidir. Amma yəqin ki, onun nöqteyi-nəzərindən bunda müəyyən məntiq var.
Bunu deyən Rusiya lideri qeyd edib ki, avropalıların nöqteyi-nəzərindən Trampın sözlərində “məntiq yoxdur” və onlar Şimali Atlantika Alyansı yaranandan bəri ABŞ-ın onları pulsuz müdafiə etməsini istəyirlər.
Təbii ki, bunlar Avropa və ABŞ-ın işidir, Rusiyanın bununla heç bir əlaqəsi yoxdur.
…Əgər Birləşmiş Ştatlar bu alətə ehtiyac duymadığına inanırsa, bu, onun qərarıdır.
Bunu da Putin bəyan edib.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB