...Moskva 2024-cü ildə keçiriləcək prezident seçkilərinin nəticələrinə görə kimin olmasından asılı olmayaraq istənilən ABŞ lideri ilə əməkdaşlığa hazırdır, lakin mümkün olan ən yaxşı variant Cozef Baydendir.
SİA TASS-a istinadən yazır ki, bu sözləri Vladimir Putin jurnalist Pavel Zarubinə müsahibəsində deyib; video Kremlin Teleqram kanalında yayımlanıb.
Rusiya Federasiyasının rəhbərinə sual verilib ki, ABŞ lideri kimi Rusiya üçün hansı siyasətçi daha yaxşıdır - Co Bayden, yoxsa Donald Tramp.
…Bayden. O, daha təcrübəli, proqnozlaşdırıla bilən insandır, köhnə formasiyanın siyasətçisidir, - deyə Vladimir Putin bildirib.
Eyni zamanda o, əmin edib ki, Moskva öz xalqının etimad göstərəcəyi istənilən ABŞ prezidenti ilə işləməyə hazırdır.
Xatırladaq ki, bundan əvvəl Cozef Bayden Rusiyanı xüsusi hərbi əməliyyatın uğurlu olacağı təqdirdə başqa ölkələrdə hərbi kampaniyaya başlamaq niyyətində olmaqda ittiham edib.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB