Litva və İslandiya koalisiyaya rəhbərlik edəcək
Fevralın 14-də Brüsseldə Ukraynanın müdafiə məsələləri üzrə Ramşteyn təmas qrupunun 19-cu iclasında Litva və daha 20 ölkə Ukraynanın minalardan təmizlənməsi üçün koalisiya yaratmaq niyyət protokolu imzalayıb.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Litva Müdafiə Nazirliyinin saytında məlumat verilib.
Qeyd olunur ki, Ukraynanın minalardan təmizlənməsi koalisiyasına İslandiya ilə birlikdə Litva rəhbərlik edəcək.
…Minatəmizləmə koalisiyasının bir hissəsi olaraq, Litva Ukrayna ordusuna zirehli transportyorlar təhvil verəcək və minalardan təmizləmə sahəsində Ukraynaya dəstək olmaq üçün NATO proqramına 1,2 milyon avro ayıracaq.
Qeyd edək ki, bunu Litvanın müdafiə naziri Arvydas Anusauskas bildirib.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB