ABŞ olmasa, Avropaya təhlükəsizliyini təmin etmək üçün 10 il lazım olacaq

ABŞ olmasa, Avropaya təhlükəsizliyini təmin etmək üçün 10 il lazım olacaq

...Avropa ölkələrinə ABŞ-ın yardımı olmadan öz təhlükəsizliyini təmin etmək üçün təxminən 10 il lazım olacaq.

SİA xəbər verir ki, bu barədə Bloomberg yüksək vəzifəli məmurlara istinadən məlumat yayıb.

Agentlik bildirir ki, əgər Avropa ölkələri hazırda hücuma məruz qalsalar, onlar bir neçə mühüm mənada ABŞ-ın yardımından asılı olacaqlar.

Bu asılılıq ən çox hava hücumundan müdafiə və raket əleyhinə müdafiə sistemlərinin fəaliyyətinin, eləcə də raket ehtiyatlarının və hərbi hesablamalar üçün kompüter sistemlərinin mövcudluğunun təmin edilməsində özünü göstərəcək.

…Yüksək vəzifəli məmurlar bilirlər ki, Avropanı müdafiə etmək üçün Birləşmiş Ştatlara arxalana bilməyəcəklər. Qitədəki aktivlik onu göstərir ki, köməksiz özünü müdafiə edə bilməyə ən azı on il qalıb.

Mənbə bildirir bunu.

Bundan əlavə, agentliyin həmsöhbətləri bildiriblər ki, Avropa üçün ən pis ssenari yaxın gələcəkdə hücum olacaq,

Avropa ölkələrinin isə müdafiə qabiliyyətini artırmağa hələ ki, vaxtları yoxdur?

Bundan başqa, ölkənin NATO-dan çıxdığını elan edə biləcək Donald Trampın yenidən ABŞ prezidenti seçilməsi də mənfi nəticə kimi qiymətləndirilir.

Xatırladaq ki, bundan əvvəl hərbi analitiklər təhlükəli “onillik hərbi münaqişə” ehtimalının yüksək olacağı barədə xəbərdarlıq etmişdilər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə