Zelenski Rusiyaya məxsus “Sezar Kunikov” gəmisinin məhv edilməsi ilə bağlı açıqlama verib
...“Sezar Kunikov” adlı iri desant gəmisinin məhv edilməsi Qara dənizə təhlükəsizlik vəd edir, bu, Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin əsgərlərinin xidmətidir.
SİA bu barədə Ukrayna prezidenti Vladimir Zelenskiyə istinadən xəbər verir.
…Ukrayna Silahlı Qüvvələrinə, Baş Kəşfiyyat İdarəsinin əsgərlərinə - 9-cu idarənin 13-cü qrupunun əsgərlərinə təşəkkür edirəm.
Ukrayna prezidenti Zelenski deyib bunu.
Onun sözlərinə görə, bu gün Qara dənizdə daha çox təhlükəsizlik və xalqımız üçün daha çox motivasiya var. …Bu vacibdir. Biz Qara dənizi Rusiyanın terror obyektlərindən mərhələ-mərhələ təmizləyəcəyik.
Bunu da ukraynalı prezident bildirib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB