Ukraynanın “Avropa Həmrəyliyi” Partiyasının üzvü İvanna Klimpuş-Tsintsadze, Ukraynanın keçmiş prezidenti Pyotr Poroşenkonun Münhen Təhlükəsizlik Konfransına buraxılmadığını bildirib.
SİA xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
Deputatın sözlərinə görə, Poroşenkonun ölkədən çıxışına qadağa qoyulub. Eyni zamanda, Poroşenko daha əvvəl bildirmişdi ki, Ukrayna sərhədçiləri onun ABŞ və Polşaya ezamiyyətə getməsinə icazə verməyiblər.
Klimpuş-Tsintsadze, Radanın spikeri Ruslan Stefançuk bu qadağanın səbəblərini izah etməyə çalışıb. Deputatın sözlərinə görə, ondan alınan cavablar “heç bir reallıq yoxlamasına dözmür”…
Qeyd edək ki, bundan əvvəl Petro Poroşenko Avropadakı “ölümcül təhlükə” səbəbindən Münhen konfransına buraxılmadığını bildirmişdi.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB