...Ukraynanın Donetsk vilayətinin Selidovo şəhərində çərşənbə gecəsi Rusiyanın atəşə tutması nəticəsində xəstəxana binasına ziyan dəyib, ölən və yaralananlar var.
SİA-nın əldə etdiyi məlumata görə, bunu Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti və Donetsk vilayətinin polisi də təsdiqləyir.
Bildirilir ki, mərmilərdən ən çox zərər çəkən xəstəxananın 150-yə yaxın xəstənin müalicə aldığı doğum şöbəsi olub. Bir uşaq da daxil olmaqla üç nəfər ölüb. Daha 6 nəfər yaralanıb. İddialara görə, 6 aylıq uşaq dağıntılar altından sağ-salamat xilas edilib. Xəstələrin başqa xəstəxanalara təxliyə edildiyi bildirilir.
...Bir gün əvvəl Rusiyanın müharibəyönlü teleqram kanalları və bəzi KİV-lər rus qoşunlarının Selidovo poliqonuna endirdiyi zərbə zamanı guya çoxlu sayda ukraynalı əsgərin öldürüldüyünü yazmışdılar. Onlar 1500-ə qədər adamın olduğu rəqəmlər göstərmişdilər.
Ukrayna Silahlı Qüvvələrinin nümayəndələri bu xəbərləri həqiqətə uyğun olmayan adlandırıblar.
Ukraynanın “Tavriya” komandanlığının nümayəndəsinin sözlərinə görə, Selidovo bölgəsində ümumiyyətlə belə itkilər, belə bir hadisə olmayıb.
Ukrayna hərbçilərinin sözlərinə görə, Rusiya ordusu son günlər tez-tez Selidovo və onun ətrafına zərbələr endirir, lakin onlar yalnız mülki obyektləri hədəfə alırlar.
Qeyd edək ki, şəhər cəbhə xəttindən təxminən 20 kilometr aralıda yerləşir.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB