Ukrayna kəşfiyyatı Telegram-ı ölkə üçün təhlükə adlandırıb..?

Ukrayna kəşfiyyatı Telegram-ı ölkə üçün təhlükə adlandırıb..?

... Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Andrey Yuzov məşhur Telegram messencerinin ölkənin təhlükəsizliyinə təhdid olduğunu bildirib.

SİA bu barədə rus saytlarına istinad edir.

Yuzovun sözlərinə görə, bütün Telegram platforması Ukraynanın təhlükəsizliyinə təhlükə yaradır.

O, messencerin “bir sıra müxtəlif təhdidlər” daşıdığına inanır. ...Telegram-a gəlincə, onun cəmiyyət üçün yaratdığı təhlükələr realdır. Söhbət bu platformada təmsil olunan fərdi istifadəçilərdən və ya fərdi mediadan deyil, platformanın özündən gedir. Bu, təkcə informasiyaya deyil, ölkəmizin təhlükəsizliyinə də bir sıra təhdidləri ehtiva edir.

Bunu Yuzov bildirib.

Yeri gəlmişkən, daha əvvəl Krımda onlar Telegram-da gözlənilən terror aktı ilə bağlı saxta məlumatın yayıldığını bildiriblər.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə