“Sezar Kunikov” iki saatdan az vaxt ərzində batıb…

“Sezar Kunikov” iki saatdan az vaxt ərzində batıb…

...Böyük desant gəmisi “Sezar Kunikov”a edilən hücumun şahidi Rusiyanın VChK-OGPU teleqram kanalına bildirib ki, gəmi iki saatdan az vaxt ərzində batıb.

SİA-nın əldə etdiyi məlumata görə, böyük desant gəmisinə hücum barədə ilk məlumat səhər saat 6 radələrində gəlib. Yerli sakin 112-yə zəng edərək yanan gəmini müşahidə etdiyini bildirib.

Təxminən eyni vaxtda bir kişi zəng edərək özünü “Sezar Kunikov” ekipajının üzvü kimi təqdim etdi, hücum barədə məlumat verdi və telefonu qapatdı.

Eyni zamanda, bütün hücumu Ponizovkada sahildə dincələn yerli polis idarəsinin rəislərindən biri müşahidə edib.

Hadisə şahidinin sözlərinə görə, gəmi artıq batdığı vaxt evakuasiya qayıqları hadisə yerinə gəlib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə