''Nasır xəstəxanasında baş verənlərə görə narahatam''

''Nasır xəstəxanasında baş verənlərə görə narahatam''

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus, təxminən bir həftədir mühasirə altında olan Nasır xəstəxanasında baş verənlərə görə narahat olduğunu bildirib.
SİA-nın əldə etdiyi məlumata görə, Tedros Adhanom Qebreyesus rəsmi ''X'' internet səhifəsində İsrailin mühasirəsi altında olan Nasser xəstəxanası haqqında paylaşım edib.
Qebreyesus xəstəxanada olan mülki şəxslərin öldürüldüyünü, oraya sığınan insanların təxliyyə olunmaq istədiyini və xəstəxanaya aid divarın dağıdıldığını vurğulayıb.
Qebreyesus qarşıdurmaların tibbi avadanlıq və material anbarlarını məhv etdiyini və ehtiyacı olanlar üçün təhlükəsiz dəhlizin olmadığını bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə