Rusiyanın "Sezar Kunikov" desant gəmisi Qara dənizdə bat(ırıl)dı..?
...Artıq xəbər verildiyi kimi, fevralın 14-də səhər saatlarında Baş Kəşfiyyat İdarəsinin pilotsuz təyyarələri Qara dənizdə Rusiyanın böyük desant gəmisi "Sezar Kunikov"u vurub.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Ukrayinska Pravda”nın Baş Kəşfiyyat İdarəsində həmsöhbətləri bildiriblər.
“Ukrayinska Pravda” mənbələri bunun Baş Kəşfiyyat İdarəsinin əməliyyatı olduğunu və hücum nəticəsində böyük desant gəmisi olan “Sezar Kunikov”un batdığını bildirib.
Qeyd edək ki, “Ukrayinska Pravda” bu məsələ ilə bağlı rəsmi şərh istəyib.
Xatırladaq ki, bundan əvvəl Rusiya Müdafiə Nazirliyi, fevralın 14-nə keçən gecə hava hücumundan müdafiə qüvvələrinin Qara dənizdə 6 pilotsuz təyyarəni vurduğu məlumatını vermişdi.
Eyni zamanda Telegram kanallarında Alupka - Katsiveli ərazisində dənizdə nəyinsə yanması ilə bağlı məlumatlar da yayılmışdıb. Həmçinin, ərazidə iki Mi-8 helikopterinin su üzərində alçaqdan dövrə vurduğu da bildirilmişdi.
…Bu arada “Crimean Wind” ("Krım küləyi") Telegram kanalı Ukraynanın pilotsuz təyyarələrinin böyük bir desant gəmisini vurduğunu yazıb.
…Daha sonra Foros bölgəsində Ka-27 axtarış-xilasetmə helikopteri də görünüb.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB