Fevralın 13-ü axşam saatlarında Moskvada Kremlə doğru hərəkət edən prezident korteji görüntülənib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
“…Saat 22:44-də Putin Moskva yaxınlığındakı iqamətgahından Kremlə gəldi”.
Daha sonra Teleqram kanalında bildirilir: “Siz mayakı dinlədiniz”.
Qeyd edək ki, dövlət başçısının Kremlə səfərinin səbəbi açıqlanmır.
Onu da qeyd edək ki, ötən həftə də Rusiya prezidenti gözlənilmədən gecə saatlarında Kremlə gəlmişdi.
Amma sonra Putinin səfəri amerikalı jurnalist Taker Karlsonla müsahibə yazısı ilə əlaqələndirildi.
Bunu “Tsarqrad” xəbər verir.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB