Sankt-Peterburqdan Düşənbəyə uçan təyyarə…eniş edib

Sankt-Peterburqdan Düşənbəyə uçan təyyarə…eniş edib

Düşənbəyə uçan Ural Hava Yollarına məxsus təyyarə sərnişinin zorakılığına görə Samarada eniş edib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə fevralın 13-də Aviaincident Telegram kanalı məlumat yayıb.

Deməli, ötən gün Airbus A320 təyyarəsi Sankt-Peterburqdan Tacikistanın paytaxtına uçmaq üçün havaya qalxıb.

Moskva vaxtı ilə saat 18:12-də təyyarənin ekipajı sərnişinlərdən birinin aqressiv davranışı barədə Samara dispetçerlərinə məlumat verib və polisə müraciət edilib.

Moskva vaxtı ilə saat 19:51-də təyyarə Kurumoç beynəlxalq hava limanına məcburi eniş edib.

Nəqliyyat polisi dələduz şəxsi saxlayıb.

Bundan sonra təyyarənin uçuşunu nə vaxt bərpa etdiyi açıqlanmır.

Xatırladaq ki, bir müdət bundan əvvəl iki sərxoş rus təyyarəni qaçırmağa cəhd etmişdi.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə